Vaqif Poeziya Günlərinin bərpası ədəbiyyat tariximizə töhfədir

 

 

Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı çox əlamətdar hadisədir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri ədəbiyyat tariximizdə böyük əhəmiyyət kəsb edir” – Şuşada poeziya bayramının iştirakçısı olmuş AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Elnarə Akimova təəssüratını bölüşərkən belə deyib.

 

Ədəbiyyatşünas bildirib ki, Vaqif Poeziya Günlərinin bərpası ümumilikdə ədəbiyyat tariximizə töhfədir: “Poeziya günləri çərçivəsində keçirilən simpoziumda Molla Pənah Vaqifin yaradıcılığına xüsusi yer ayrıldı, şairin yaradıcılığının ədəbiyyata təsiri məsələləri müzakirə olundu. Düşünürəm ki, Vaqif Poeziya Günlərinin ənənəvi olaraq hər il keçirilməsi şairin yaradıcılığını ədəbiyyatşünaslığımızın gündəmində saxlayacaq”.

 

Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.5.