Şirvanşahlar sarayında dahi şairin 880 illiyinə həsr edilmiş ədəbi-bədii gecə

 

 

Sentyabrın 3-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək.

 

Şirvanşahlar Sarayı Kompleksində gerçəkləşəcək ədəbi-bədii gecədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə QorqudKamera orkestrinin ifasında Azərbaycan bəstəkarlarının Nizaminin sözlərinə yazdıqları əsərlər səsləndiriləcək.

 

Tədbirdə Türk Şurasının xətti ilə ölkəmizə səfər edən media nümayəndələrinin iştirakı da nəzərdə tutulub.

 

Mədəniyyət.- 2021.- 3 sentyabr.- S.2.