Zəfər yürüşünün qəhrəman yolçuları

 

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ Dövlət Rəsm Qalereyasında II Qarabağ müharibəsi şəhidi Əsəd Zeynallının xatirəsinə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi” başlığı altında sərgi təşkil edilib.

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları və oxucuları Vətən müharibəsinin ildönümü ərəfəsində Quba rayon Şəhidlər xiyabanını ziyarət ediblər. MKS-nin Bağbanlı qəsəbə kitabxana filialının təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Seymur Qocayevin evində ailəsi ilə görüş keçirilib. Rayonun Susayqışlaq kənd kitabxanasında açıq səma altında İkinci Qarabağ müharibəsinin ildönümünə həsr olunmuş “Zəfər yürüşü” adlı tədbir təşkil edilib.

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin əməkdaşları Vətən müharibəsi şəhidi Mirağa Əliyevin məzarını ziyarət ediblər. Kitabxana əməkdaşları daha sonra şəhidin xatirəsinə hazırlanmış bulağın açılış mərasiminə qatılıblar.

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin təşəbbüsü və filial əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümü ilə əlaqədar “Vətən müharibəsindəki Qələbəmiz tarixi nailiyyətimizdir” başlıqlı tədbir keçirilib.

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.4.