Misir telekanalında Nizamiyə həsr olunmuş veriliş

 

Misirin “Nil-Mədəniyyətteleviziya kanalında dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş veriliş yayımlanıb.

 

Verilişdə 2021-ci ilin AzərbaycandaNizami Gəncəvi İlielan edilməsi, Şərqin dahi şair mütəfəkkirinin həyat yaradıcılığı, dünyaya gəldiyi Gəncə şəhəri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, Nizami GəncəviLeyli Məcnunpoemasını ərəb məhəbbət dastanından ilham alaraq yaradıb. Misirin İsgəndəriyyə Kitabxanasında şairin büstünün qoyulduğu da diqqətə çatdırılıb. Süjetdə Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Zəfər, ölkəmizin zəngin mədəni irsi haqqında da söhbət açılıb.

 

Verilişdə həmçinin NizamininLeyli və Məcnun” poeması əsasında kiçik tamaşa hazırlayan və himnimizi ifa edən misirli gənclərə ölkəmizin Misirdəki səfirliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.

 

Mədəniyyət.- 2021.- 8 sentyabr.- S.8.