Azərbaycanlı rejissorun filmi Kazan festivalında

 

VII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında rejissor Rüfət HəsənovunDaxildəki adabədii filminin müsabiqədənkənar təqdimatı olub.

 

Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında təşkil olunan ənənəvi festival bu il 5–10 sentyabr tarixində keçirilir. Daxildəki adafilmi ölkəmizi festivalınTürk dünyasıbölməsində təmsil edir.

 

FilminRodinakinoteatrında baş tutan nümayişindən sonra əsas rollardan birinin ifaçısı Xalq artisti Vidadi Həsənov tamaşaçıların suallarını cavablandırıb.

 

Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən, “Azərbaycanfilm”, “Debütstudiyası, “Arizona Productions”, “Coyote Cinema” “Mandarin Agency”nin birgə istehsalı olan filmin qəhrəmanı tanınmış şahmat qrossmeysteridir. O özünü kəşf etmək məqsədilə gizlicə bir adaya yola düşür...

 

Filmin ssenari müəllifi Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ag­̆abalayev, icraçı prodüseri Nadir Əliyevdir. Əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov Elvin Adıgözəl ifa edirlər.

 

Film 2020-ci ildə Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” nominasiyası üzrə mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.8.