Xalq artisti Şahmar Ələkbərovun arxiv fondu yaradılıb

 

 

Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kinoaktyor, rejissor Şahmar Ələkbərovun (1943–1992) şəxsi arxiv fondu yaradılıb.

 

Arxiv fonduna mərhum sənətkarın həyat və yaradıcılığını əks etdirən 200-dən artıq nadir fotoşəkil, həmçinin qəzet məqalələri, plakatlar, jurnallar, rejissor ssenariləri və başqa arxiv materialları daxildir.

 

Qeyd edək ki, arxivin böyük hissəsi Şahmar Ələkbərovun ailəsi tərəfindən təhvil verilib.

 

 

Mədəniyyət.- 2021.- 10 sentyabr.- S.3.