Ölkəmiz ParisdəAssosiasiyalar forumu”nda təmsil olunub

 

Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) ölkəmizi Parisin 15-ci rayonundaAssosiasiyalar forumuadlı ənənəvi mədəniyyət tədbirində təmsil edib.

 

Assosiasiyalar forumuParisin 15-ci rayonunun meriyasının qarşısındakı meydanda təşkil olunub. Burada müxtəlif sahələrdə fəaliyyət göstərən assosiasiyaların fəaliyyətini əks etdirən 200-dən çox stend qurulub.

 

Ölkəmizi təmsil edən ADFA-nın stendində Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş Azərbaycan tarixi mədəniyyətinə dair kitablar, mədəniyyətimizi əks etdirən milli əşyalar, geyimlər, xalça nümunələri eləcə milli şirniyyatlarımız təqdim olunub.

 

ADFA-nın stendini ziyarət edənlərə, o cümlədən tədbirin təşkilatçılarına assosiasiyanın fəaliyyəti, eləcə də ölkəmiz, tariximiz və mədəniyyətimiz haqqında ətraflı məlumat verilib, kitablar hədiyyə edilib. Parisdə yaşayan diaspor nümayəndələrimiz də ADFA-nın stendini ziyarət ediblər.

 

Mədəniyyət.- 2021.- 15 sentyabr.- S.8.