Qalaqoruğunda yerləşən Tərəkəmə məscidi bərpa edilib

 

“İçərişəhər” Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi nəzdində fəaliyyət göstərən “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Tərəkəmə məscidi bərpa edilib. XVII-XVIII əsrlərə aid ölkə əhəmiyyətli abidə olan məscid Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikilib.

 

İdarədən bildirilib ki, Qala kəndinin Cümə məscidindən sonra ən qədim dini tikilisi olan abidə uzun illər yararsız vəziyyətdə olub. Məscidin həm sakinlər üçün mənəvi mahiyyətini, habelə abidənin tarixi əhəmiyyətini nəzərə alan idarə bu ilin iyun ayından etibarən abidənin təmirinə və planlı konservasiyasına başlayıb. Tamamlanan bərpa işlərindən sonra məscid kənd əhalisinin ixtiyarına verilib. Abidənin təmiri sakinlər tərəfindən minnətdarlıqla qarşılanıb.

 

 

Mədəniyyət.- 2021.- 17 sentyabr.- S.6.