Lənkəranlı gənclər üçün “Kəndimiz mərkəzdə”

 

 

Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gənclərin İnkişafKaryera Mərkəzinin Lənkəran nümayəndəliyi tərəfindən kəndlərdə fəaliyyət göstərən mədəniyyət klublarında “Kəndimiz mərkəzdə” adlı layihəyə başlanılıb.

 

Layihənin məqsədi kənd klublarının fəaliyyətini aktivləşdirmək, yaradıcı gəncləri özfəaliyyət kollektivlərinə cəlb etmək, eləcə də Gənclərin İnkişafKaryera Mərkəzi haqqında gəncləri məlumatlandırmaqdır.

 

Layihə üzrə ilk tədbir Lənkəranın Boladi-1 kənd Folklor klubunda gerçəkləşib. Tədbir zamanı gənclərlə intellektual və əyləncəli oyunlar keçirilib, açıq havada milli kino nümayişi təşkil olunub.

 

Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.4.