Sülh azadlıq, bərabərlik və ədalətdir

 

Şəki Regional Mədəniyyət İdarəsi Zaqatala rayon MKS-nin 1 nömrəli filial kitabxanası və Uşaq kitabxanasının birgə təşəbbüsü ilə “Göyərçinim – sülh quşum” adlı tədbir təşkil olunub. Qax rayon Ağçay kənd kitabxanasında Beynəlxalq Sülh Günü münasibətilə dəyirmi masa təşkil olunub. Balakən rayon Heydər Əliyev Mərkəzində “21 sentyabr – Beynəlxalq Sülh Günü” adlı rəsm sərgisi təşkil olunub. Oğuz rayon MKS-nin 3 saylı Muxas kənd kitabxana filialında isə “Qoy həmişə sülh olsun” adlı tədbir keçirilib.

 

Gəncə Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Goranboy Dövlət Rəsm Qalereyasında da Beynəlxalq Sülh Günü ilə bağlı sərgi keçirilib.

 

Masallı Regional Mədəniyyət İdarəsi Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Sülh Günü ilə əlaqədar keçirilən tədbirdə direktor Əlhəddin Nəzərov çıxış edərək əlamətdar gün haqqında məlumat verib. Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Sülhün tərəfdarı – Azərbaycan” adlı tədbir keçirilib.

 

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin 21 sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar rəsm əsərlərindən ibarət sərgisi təşkil olunub. Sərgidə Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarə əməkdaşları iştirak ediblər.

 

Ağstafa rayon MKS-nin Uşaq şöbəsində “Sülh azadlıq, bərabərlik və ədalətdir” adlı dəyirmi masa keçirilib. Tovuz Dövlət Rəsm Qalereyası tərəfindən “Qoy həmişə sülh olsun” adlı dərnək üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub. Qazax rayon M.P.VaqifM.V.Vidadinin Xatirə Muzeyi, rayon Tarix-Diyarşünaslıq MuzeyiTovuz rayon Qovlar şəhər Uşaq musiqi məktəbi də əlamətdar gün münasibətilə tədbirlər keçiriblər.

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Şamaxı Dövlət Rəsm Qalereyasında təşkil edilən sərgidə dərnək üzvlərinin sülh mövzusunda əl işləri nümayiş olunub.

 

Mədəniyyət.- 2021.- 24 sentyabr.- S.4.