Söz” ədəbi layihəsində “İgidlərin sözü

 

Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən “Söz” ədəbi layihəsinin “İgidlərin sözü” adlı antologiyası işıq üzü görüb. Topluda Vətən müharibəsi iştirakçılarının şeirləri, esseləri yer alıb. Onların arasında döyüşlər zamanı qələmə alınan nümunələr də var.

 

Layihənin təqdimatı 6–10 oktyabrda keçiriləcək Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində gerçəkləşəcək. Həmçinin əsgərlərimizin şeirləri öz ifalarında geniş oxucu kütləsinə təqdim ediləcək.

 

Kitabın ideya müəllifi Nigar Həsənzadə, redaktoru Aida Eyvazlı Göytürkdür.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.5.