Qırğızıstanda VI Beynəlxalq Dünya Eposları Festivalı keçirilib

 

 

Qırğızıstanda VI Beynəlxalq Dünya Eposları Festivalı keçirilib. Qırğızıstanın müstəqilliyinin 30 illiyi və tanınmış qırğız şairi, akını və dastançısı Toqolok Moldunun anadan olmasının 160 illiyinə həsr edilən festivala 20 ölkədən nümayəndələr qatılıb.

 

Tədbirdə ölkəmizi “Turanİstedadlar Birliyinin sədri, kulturoloq-yaponşünas Əbülfəz Babazadə təmsil edib.

 

Sentyabrın 25-dək davam edən festivalda müxtəlif xalqların milli oyunları və rəqsləri nümayiş olunub.

 

Festival çərçivəsində “Dünya xalqlarının epik ənənələri” və “Manaseposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” mövzularında simpoziumlar keçirilib. Əbülfəz Babazadənin “Manaseposu dünya mədəniyyətində: elm, incəsənət, ədəbiyyat” simpoziumunda təqdim etdiyiYapon mədəniyyətində Türk faktorumövzulu məruzəsi maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.8.