Zəfərə gedən yolun başlandığı gün

 

Ərazi bütövlüyümüzə, 30 ilə yaxın işğal atında qalmış Qarabağımıza qovuşduğumuz Vətən müharibəsinin bir ili tamam oldu. 27 sentyabr – Anım Günü ölkəmizdə və xaricdə böyük kədər və qürurla qeyd olundu, şəhidlərimizin xatirəsi yad edildi. Əlamətdar gün münasibətilə bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrində müxtəlif tədbirlər keçirilib.

 

Ağdaş Regional Mədəniyyət İdarəsi, rayonun Təhsil, Gənclər və idman idarələrinin birgə təşkilatçılığı ilə Ağdaş şəhərinin mərkəzində Şəhidlərin xatirə kompleksi önündə yürüş-fləşmob keçirilib, sonra şəhərdəki Şəhidlər xiyabanı ziyarət olunub. Ağdaş rayon Heydər Əliyev Mərkəzində Anım Gününə həsr olunmuş tədbir, rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Atəm Əliyevin ailəsi və qazi Murad Səfərəliyevlə görüş keçirilib.

 

Zərdab rayon Mərkəzi Kitabxanasının əməkdaşları şəhidlərin məzarlarını ziyarət ediblər. Rayon Heydər Əliyev Mərkəzinin kollektivi Vətən müharibəsinin şəhid mayoru Rəhim Hüseynovun xatirə kompleksini ziyarət edib. Göyçay Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Qələbəmizin sönməz ulduzları – Azərbaycan əsgəri” adlı tədbir keçirilib.

 

***

 

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova və Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov Vətən müharibəsi şəhidləri Sübhan Həsənov və Elgün Mikayıllının ailələrinə baş çəkib, valideynlərin kədərinə şərik olduqlarını ifadə ediblər. Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları Vətən müharibəsi şəhidləri Cavad İbadov, Araz Seyfullayev, Zeynal Şahhüseynli, Sübhan Həsənov, Rafael HüseynovElvin Əzizovun məzarlarını ziyarət ediblər. Heydər Əliyev Mərkəzində “Yarımçıq xatirələr” (rej. Elxan Cəfərov, 2015) bədii filmi nümayiş olunub. Mərkəzdə həmçinin “Dəmir yumruq” adlı dəyirmi masa keçirilib. Regional idarənin rəisi Bəxtiyar Qılıncov çıxışında Vətən müharibəsi haqqında danışıb, şəhidlərimizin xatirəsinin unudulmaz olduğunu nəzərə çatdırıb. Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən anım tədbirində rayon İcra Hakimiyyətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Nurlan Muradov, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva və I Qarabağ müharibəsi iştirakçısı Nahid Rəhimov çıxış ediblər.

 

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Zəfərimizin memarları” mövzusunda tədbir keçirilib. Rayonun mədəniyyət işçiləri Şəhidlər xiyabanını ziyarət edib, qəhrəmanların məzarı üstünə gül dəstələri qoyublar. Sonra MKS-də dəyirmi masa təşkil olunub. Regional idarənin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev, Mərkəzi Kitabxananın direktoru Rahim Səfərov və Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əli İsgəndərovun çıxışları dinlənilib.

 

***

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Nəsimi adına mədəniyyət və istirahət parkında “Gənc qalib” adlı rəsm sərgisi keçirilib. Sərgidə yeniyetmə və gənc rəssamların əl işlərindən ibarət 20-yə yaxın əsər nümayiş etdirilib.

 

***

 

Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar rayon Heydər Əliyev Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfərə gedən yolmilli birlik və həmrəylik” mövzusunda konfrans keçirilib.

 

Quba rayon MKS-nin II Nügədi kənd kitabxanası şəhidlərimizin fotolarından ibarət sərgi təşkil edib. MKS-nin Alekseyevka kənd kitabxanası və Folklor evinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun məzarı və şəhidin adını daşıyan bulaq ziyarət olunub. Əski İqriq kənd kitabxanası “Tarix yazan Ordumuzmövzusunda tədbir təşkil edib. Paşaoba kənd kitabxanası Vətən müharibəsi şəhidi Əsgər Əhmədovun və Birinci Qarabağ müharibəsində şəhid olmuş Mehman Zöhrabovun məzarlarını ziyarət ediblər. MKS-nin Qımıl kənd və Qonaqkənd qəsəbə kitabxana filiallarının əməkdaşları da şəhidlərin məzarlarını ziyarət edərək qəhrəmanların ruhuna ehtiramlarını bildiriblər.

 

***

 

Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə və idarənin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidləri Şahin Hümbətov, Elton Mirzəyev və Əfsun Hüseyovun ailələri ziyarət edilib.

 

Sabirabad rayon Mədəniyyət Mərkəzində Anım Günü ilə əlaqədar keçirilən tədbirdə öncə II Qarabağ müharibəsində həlak olan sabirabadlı şəhidlərin əziz xatirəsinə ithaf olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra Mədəniyyət Mərkəzinin A.İsgəndərov adına Xalq teatrı “Şəhidlik əbədiyyət zirvəsidir” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

 

***

 

Kürdəmir Regional Mədəniyyət İdarəsi Kürdəmir rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə “Zəfərin sıra nəfərləri” sənədli filmi nümayiş olunub.

 

İmişli rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsinin şəhid giziri Nemət Cavadlının xatirəsinə həsr olunmuş tədbir keçirilib. Çıxışlardan sonra ssenarisi mərkəzin metodisti Yeganə Gülalıyevaya məxsus olan “Ən uca zirvədə” adlı tamaşaİmişli rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən lentə alınmış “Qara qartal ” sənədli filmi nümayiş etdirilib.

 

Xocavənd rayon Mədəniyyət evi və Mərkəzi Kitabxanasının bir qrup əməkdaşı Vətən müharibəsi şəhidi Elzamin Tağıyevin ailəsi ilə görüşüb.

 

***

 

Şəki Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Rəşid bəy Əfəndiyevin Şəki şəhərindəki ev-muzeyində “27 sentyabr II Vətən müharibəsinin başlamasından bir il keçir” başlığı altında dəyirmi masa təşkil olunub.

 

Qax rayon Heydər Əliyev Mərkəzi və şəhər 2 saylı kitabxananın birgə təşkilatçılığı ilə II Qarabağ müharibəsinin qaziləri ilə görüş keçirilib. Regional idarənin Qax rayonu üzrə nümayəndəliyinin işçiləri II Qarabağ müharibəsinin qazisi Elyar Məhəmmədovun ailəsinə baş çəkib, maddi və mənəvi dəstək olublar. Balakən rayon MKS-də “Torpaq uğrunda ölən varsa, Vətəndir” adlı dəyirmi masa keçirilib.

 

Balakən rayon Qaravəli kənd Diyarşünaslıq evinin əməkdaşları II Qarabağ müharibəsi şəhidi Fuad Şabanovun məzarını ziyarət ediblər.

 

***

 

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən hazırlanan “Qarabağ dastanı, otuz ilin həsrəti – 44 günün Zəfəri” kitabının təqdimatı olub. Kitabın Vətən müharibəsində qazandığımız böyük Qələbəyə töhfə olduğu vurğulanıb. Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasında “30 ildən 44 günə qəhrəmanlıq salnaməsi” başlığı altında tədbir təşkil olunub. Tədbirdə müxtəlif başlıqlarda fotostendlər, “Qarabağ tarixi yurdumuzdur” adlı kitab və “Uşaq oxucuların müharibə mövzusunda əl işləri” adlı rəsm sərgiləri nümayiş olunub.

 

***

 

Lənkəran Regional Mədəniyyət İdarəsi Astara rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi qazisi Rüfət Əsədullayevlə gənclərin görüşü keçirilib. Milli Məclisin deputatı Rəşad Mahmudovun da iştirak etdiyi görüşdə bildirilib ki, qəhrəman qazi düşmənin 7 tankını məhv edib.

 

***

 

Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Heydər Əliyev Mərkəzində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib. Rayon 2 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Dəmir yumruqfilmini izləyiblər. Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Rusif Quliyevin məzarını ziyarət edib, ailəsinə baş çəkiblər. Rayon MKS və 1 saylı Folklor evi birgə şəhid ailəsi ilə “Tarix yazan qəhrəmanlar unudulmur” adlı görüş keçirib.

 

Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Şəhid qanı ilə suvarılan torpaq Vətəndir” adlı dəyirmi masa təşkil edilib. Qazax Dövlət Rəsm Qalereyasında “Şəhidlər ölməz, Vətən bölünməz” başlığı altında dərnək üzvlərinin əl işlərindən ibarət sərgi keçirilib.

 

Tovuz rayon Mərkəzi Kitabxanası və filiallarının əməkdaşları Vətən müharibəsi şəhidləri Nəcməddin Bədirov, Asim Əliyev, Ceyhun Mirzəyev, Vahid Qurbanov, Xəyal Şəkərov, Hüseyn Əliyev və başqalarının məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

 

***

 

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev və mədəniyyət işçiləri Tərtər rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi ilə bağlı ağacəkmə aksiyasında iştirak ediblər. 500-ə yaxın ağac əkilib. Regional idarənin rəhbərliyi Tərtər rayonunda şəhid ailələrini və qaziləri ziyarət edib, onların keçdiyi həyat və döyüş yolundan, göstərdikləri qəhrəmanlıq nümunələrindən danışıb.

 

***

 

Biləsuvar Regional Mədəniyyət İdarəsi Neftçala Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, rayon Mədəniyyət Mərkəzinin və Dövlət Rəsm Qalereyasının əməkdaşları Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Samid Əsgərovun ailəsinə baş çəkiblər.

 

***

 

İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə gənclər arasında Anım Gününə həsr edilmiş inşa-yazı müsabiqəsi elan olunub. Müsabiqədə 20 nəfər yuxarı sinif şagirdi iştirak edir. Regional idarənin rəisi Elçin Nəcəfov və digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi tarixi Qələbədən danışıb, iştirakçılarına uğurlar arzulayıblar. Qəbələ rayonunun Əmirvan kəndində kitabxana, orta məktəb və klub işçilərinin iştirakı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

***

 

Şəmkir Regional Mədəniyyət İdarəsinin əməkdaşları Vətən müharibəsi şəhidləri Anar Hüseynli, Bəşir Həsənov, Rüstəm Məmmədov və Elşən Yunislinin ailələrini ziyarət edib, onlara sovqatlar çatdırıblar.

 

***

 

Gəncə şəhər Şəhidlər xiyabanında Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, general-mayor Ənvər Əfəndiyev, Gəncədən olan millət vəkilləri, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə və Gürcüstanın baş konsulluqlarının əməkdaşları və ictimaiyyət nümayəndələri tərəfindən “Əbədi məşəl” önünə gül dəstələri qoyulub. Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları teatrın aktyoru, Vətən müharibəsi qazisi Həsən Cəfərovun qələmə aldığı “Millətim” adlı poema əsasında hazırlanmış “Şuşa, sən azadsan!” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər.

 

Nizami Gəncəvi məqbərəsinin keçmiş əməkdaşı, Vətən müharibəsi şəhidi Hikmət Məmmədovun vaxtilə oxuduğu Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbin binasına barelyefinin vurulması ilə əlaqədar mərasim keçirilib. Mərasimdə regional idarənin rəis müavini Asəf Məmmədov, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktor müavini Vüsal Alıyev, Nizami Gəncəvi məqbərəsinin direktoru Gülnarə İsmayılova, şəhidin atası Lətif Məmmədov iştirak ediblər.

 

Regional idarənin tabeliyində fəaliyyət göstərən Gəncə, Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonunun bir sıra mədəniyyət müəssisələrində də Anım Günü ilə bağlı tədbirlər keçirilib.

 

Hazırladı: N.MƏMMƏDLİ

 

Mədəniyyət.- 2021.- 29 sentyabr.- S.4.