“Xəmsə möcüzəsi” – onlayn yaradıcılıq müsabiqəsi

   

 

Təhsil Nazirliyinin dəstəyi və 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə “Xəmsə möcüzəsi” onlayn beynəlxalq yaradıcılıq müsabiqəsi elan olunub. Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş müsabiqə fevralın 18-dək davam edəcək.

 

Müsabiqənin keçirilməsində məqsəd gənc nəsli incəsənətin müxtəlif sahələri vasitəsilə Nizami yaradıcılığı ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaqdır. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-9, 10-13, 14-17) və 2 nominasiya (bədii qiraət və təsviri-tətbiqi sənət) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqədə Azərbaycanda və digər türkdilli dövlətlərdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilərlər.

 

Bədii qiraət nominasiyası iştirakçı yaş qrupuna müvafiq olaraq müsabiqəyə yalnız bir şeirin oxusunu təqdim edə bilər. Şeirin müddəti 3-5 dəqiqədən çox olmamalıdır, videogörüntü telefon, planşetya kamera ilə çəkilə bilər. Bədii qiraət üzrə müraciətlər fevralın 11-dək nizamiganjavi2021@gmail.com elektron poçt ünvanına və (+994) 050-497-97-55 “WhatsApp” nömrəsinə göndərilməlidir.

 

Təsviri-tətbiqi sənət üzrə işlərin işlənmə texnikası sərbəstdir. İşlərin formatına məhdudiyyət qoyulmur. Bu nominasiya üzrə işlər fevralın 11-dək ugim-1@mk.edu.az elektron poçt ünvanına və (+994) 050-367-47-04 “WhatsApp” nömrəsinə göndərilməlidir.

 

Mədəniyyət.- 2021.- 13 yanvar.- S.5.