“Azərbaycan qorqudşünaslığı” nəşr olunub

 

 

Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin hazırladığı “Azərbaycan qorqudşünaslığı” elmi araşdırmalar toplusu çap olunub.

 

Bildirilib ki, qorqudşünaslıq elminin əsas qaynaqlarını özündə əks etdirən topluda XX əsrin Əmin Abid, Həmid Araslı, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Əbdüləzəl Dəmirçizadə, Məhəmməd Əmin Rəsulzadə kimi klassik Azərbaycan tədqiqatçılarının əsərləri ilə bir sırada ötən yüzilliyin ikinci yarısında – yeni dövrdə elmi fəaliyyətə başlayıb eposun alt qatındakı məziyyətlərini üzə çıxaran Tofiq Hacıyev, İsa Həbibbəyli, Kamal Abdulla, Bəkir Nəbiyev, Nizami Cəfərov, Fərhad Zeynalov, Samət Əlizadə, Şamil Cəmşidov, Bəhlul Abdulla, Ramazan Qafarlı kimi araşdırıcıların elmi əsərləri yer alıb.

 

Toplunun tərtibçisi filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı, elmi redaktoru akademik Muxtar İmanovdur.

 

Mədəniyyət.- 2021.- 15 yanvar.- S.5.