Üç qazi, üç tale” sənədli filmi çəkilib

 

 

“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Müharibə əlillərinin tanıdılması ilə bağlı təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində “Üç qazi, üç tale” adlı sənədli film çəkilib.

 

Film Qarabağ döyüşlərində ağır yaralanaraq 1-ci qrup əlil olmuş üç qəhrəmanın ömür yolundan bəhs edir. Çəkilişlər Bakı və Gəncə şəhərlərində aparılıb.

 

Filmdə qazilərin şərəfli döyüş yolundan, ağır yaralanmalarına baxmayaraq həyat eşqlərinin böyük olmasından söz açılır.

 

Şəmistan Əlizamanlının layihə rəhbəri olduğu sənədli filmin məsləhətçisi və ssenari müəllifi Rey Kərimoğlu, rejissoru Roman Yaşar, redaktoru Rəşad Sahildir.

 

Mədəniyyət.- 2021.- 20 yanvar.- S.5.