Tarixin qan yaddaşı kitabxanaların virtual təqdimatlarında

 

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının saytında (clb.az) “20 Yanvar tarixin qan yaddaşıadlı virtual sərgi təqdim edilib.

 

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş virtual sərgidə Almaz ÜlvininMüharibə ağrılarım”, Hacı Niftalı ŞıxlarınDünyamızın 20 Yanvar faciəsi”, Nəziman ƏyyubunKəpəz”, Davud DəmirlininVətən imtahan verir”, Fəridə HacıyevanınBağışla, Vətən, bağışla”, digər yazıçı şairlərin əsərləri tam mətnlə yerləşdirilib. Virtual sərgidə ümumilikdə 20-dək kitab dövri mətbuatda dərc olunan materiallar oxucuların   istifadəsinə verilib.

 

***

 

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasının virtual oxucuları Qanlı Yanvar faciəsi ilə əlaqədar videoçarxlar təqdim ediblər. Oxuculardan İbrahim Yusif, Zəhra Nəcəfova başqaları şəhidlərə həsr olunmuş şeirlər, Dilbər Zeynallı Qarabağ müharibəsi haqqında, Fatmaxanım Abuzərova şəhid Elşən Məhərrəmov haqqında videoməlumat hazırlayıblar. Nəzrin AbdullayevaRöya Bağırova çəkdikləri rəsmləri təqdim ediblər.

 

***

 

Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi ilə birgə “20 Yanvar – şərəf və qürur yaddaşımız” adlı onlayn tədbir keçirib.

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.4.