Filarmoniyada 20 Yanvar qurbanlarına ithaf olunan musiqi proqramı

 

Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsinin qurbanlarına həsr olunmuş musiqi proqramı təqdim edilib. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

 

Proqramda V.A.Motsart, N.Əliverdibəyov, T.Quliyev, C.Villiam, Q.Qarayev, C.Perqolezi, Q.Fore H.Xanməmmədovun əsərləri səsləndirilib.

 

“ÜNS” yaradıcılıq səhnəsinin solisti, Əməkdar artist Aqşin Abdullayev bildirib: “Pandemiyaya görə ötən il qədər çətin keçsə , müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz bizə Qələbə sevinci yaşatdı. Şəhidlərimizin qanı yerdə qalmadı.

 

Mən bu gün Tofiq QuliyevinAzərbaycanmahnısını ifa etdim. Sənətkarın müharibə illərində bəstələdiyi bu mahnıda insanların saf duyğuları, vətənə məhəbbəti tərənnüm olunur, onlarda ruh yüksəkliyi yaranır”.

 

Tədbirdə həmçinin Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Respublika İncəsənət Gimnaziyası şagirdlərinin əl işlərindən ibarət kiçik rəsm sərgisi nümayiş olunub.

 

Musiqi proqramı yanvarın 20-  Mədəniyyətkanalı vasitəsilə yayımlanıb.

 

 

Mədəniyyət.- 2021.- 22 yanvar.- S.3.