Dahi şairin 880 illiyi ilə bağlı videoçarx

 

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 9 nömrəli filialı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar videoçarx hazırlayıb.

 

Videoçarxda şairin lirikasına müraciət olunub. Dillər əzbərinə çevrilən qəzəlləri səsləndirilib. Videomaterialda həmçinin Nizaminin ömür yolu və zəngin yaradıcılığı haqqında məlumat verilir. Bildirilir ki, XII əsrin ikinci yarısında Azərbaycan İntibah ədəbiyyatı Nizami yaradıcılığı ilə ən yüksək mərhələsinə qədəm qoyur. “Xəmsə” yaratmaq Nizamidən sonra ənənəyə çevrilir və digər sənətkarlar onu ustad olaraq qiymətləndirir.

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.5.