Heykəltəraş Albert Mustafayev təltif edilib

 

Prezident İlham Əliyev yanvarın 26-da Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Albert Zaman oğlu MustafayevAzərbaycan Respublikası Prezidentinin fəxri diplomuilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

Tanınmış heykəltəraş, respublikanın Əməkdar rəssamı Albert Mustafayev 26 yanvar 1931-ci il Şəkidə doğulub. Sənətkar Bakı şəhərində “Bəhram Gur əjdahanı öldürür” fontan-kompozisiyasının həmmüəllifi, Nizami Kino Mərkəzinin baş fasadındakı “Nizami Gəncəvi” heykəlinin, vaxtilə Şuşada, Molla Pənah Vaqifin məqbərəsində qoyulmuş Vaqifin heykəlinin müəllifidir.

 

Mədəniyyət.- 2021.- 27 yanvar.- S.2.