Respublika Uşaq Kitabxanasının yeni metodik vəsaiti ustad aşıqlar haqqındadır

 

 

Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi  Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 210, Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyi münasibətilə rayon-şəhər mərkəzi kitabxanalarının uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filiallarının, metodistlərin istifadəsi üçün yeni növbəti metodik vəsaiti oxucuların ixtiyarına verib.

 

Vəsaitin I hissəsi “Mübariz ruhlu Aşıq Hüseyn Şəmkirli” adlanır. Burada Hüseyn Şəmkirlinin həyat və yaradıcılığı haqqında məlumat verilir.

 

Vəsaitin “Ələsgərəm, hər elmdən halıyam...” adlı II hissəsində saz-söz sənətimizin böyük ustadı Dədə Ələsgərin həyat və yaradıcılığından bəhs olunur.

 

Metodik vəsaitdə mövzu üzrə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi-bədii gecə və digər tədbirlərin keçirilməsi üçün tövsiyələr verilir.

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.3.