Tarix yazan igidlərimizdən daha biri

   

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Vətən müharibəsi şəhidlərindən bəhs edənTarix yazan igidlərimizlayihəsini davam etdirir. Layihə üzrə hazırlanan növbəti videoçarx şəhid Məmmədağa Səfərov haqqındadır.

 

Məmmədağa Balakişi oğlu Səfərov 1997-ci ilin 10 mayında Bakıda anadan olub. Yasamal rayonu A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə oxuyub. Sonra Türkiyənin Balıkəsir Universitetinə daxil olub. 2019-cu ildə son kursda olarkən Vətənə qayıdır, hərbi xidmətə gedəcəyini təhsilini sonra davam edəcəyini bildirir. 2019-cu ilin oktyabrında əsgəri xidmətə yollanır.

 

2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayandan sonra Məmmədağa Səfərov Cəbrayıl, Füzuli rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak edir. Oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.

 

Videoçarxda şəhidin anası Rəna xanım tərəfindən kitabxanaya təqdim edilən fotolar həyatı haqqında məlumatlar yer alıb.

 

Məmmədağa Səfərov Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  ölümündən sonraVətən uğrundaXocavəndin azad olunmasına görəmedalları ilə təltif olunub.

 

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.6.