Pekin Xarici Dillər UniversitetindəNizami irsilayihəsi

   

 

Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrası ölkəmizdə 2021-ci ilinNizami Gəncəvi İlielan olunması münasibətiləNizami irsilayihəsinə start verib.

 

Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev bildirib ki, layihə üzrə silsilə tədbirlər keçiriləcək. Məqsəd Azərbaycanın dahi şair mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda Çin-Azərbaycan ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

 

İl ərzində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi publisistik məqalələrin dərc olunması, sərgi elmi konfransın təşkili, Nizami əsərlərinin, Azərbaycan dünya nizamişünaslığına aid elmi araşdırmaların Çin dilinə tərcüməsi nəzərdə tutulur, habelə Çində nizamişünaslığın yaranması inkişafı problemləri tədqiq ediləcək.

 

Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadr hazırlığı başlanıb. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizin mədəniyyətimizin təbliği ilə bağlı layihələr icra olunub. 2019-cu ildəNəsimi iliçərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dili ədəbiyyatı sərgisi keçirilib.

 

 

Mədəniyyət.- 2021.- 29 yanvar.- S.8.