Salyan Kukla Teatrında “Hərənin öz ulduzu

 

 

Salyan Dövlət Kukla Teatrının kollektivi bu dəfə böyük yaş qrupundan tamaşaçıların qarşısına çıxacaq. 1 aprel – “Gülüş günü” münasibətilə “Hərənin öz ulduzu” tamaşası nümayiş olunacaq.

İsi Məlikzadənin eyniadlı əsəri əsasında hazırlanan komediya janrlı tamaşanın quruluşçu rejissorumusiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, musiqi tərtibatçısı Ceyhun Rüstəmbəylidir. Rolları Nahid Rüstəmbəyli, Aysel Hüseynli, Mədinə Ramazanova, Təzahür Mehdiyev və başqaları ifa edirlər.

Birhissəli musiqili tamaşada iki gəncin məhəbbəti və buna görə çəkdikləri zəhmət komik çalarlarla tamaşaçıya çatdırılır.

 

 

Mədəniyyət.- 2022.- 1 aprel.- S.5.