BXA-nın tələbələri beynəlxalq mükafata layiq görülüblər

 

 

Rusiyanın Moskva və Çeboksarı şəhərlərində onlayn formatda keçirilən “Talant-2022” VIII Beynəlxalq müsabiqəsinə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) orta ixtisas təhsil pilləsinin tələbələri də qatılıblar.

BXA-dan bildirilib ki, akademiyanın klassik rəqs nominasiyası üzrə tələbəsi Nərgiz AbdullayevaDon Kixot” baletindən Kitrinin variasiyası ilə I dərəcəli laureat diplomunu qazanıb. Müasir rəqs nominasiyasında isə “Əkslərin birliyi” rəqs nömrəsini təqdim edən Zəhra İsrafilova,  Marri Şahmədova, Aydan Qurbanova, Emiliya Nağızadə, Sofiya Həmidova, Dos Santos Fatima Nikol, Sabina Adıyeva, Darya Kostyunina, Diana Xozina, Timur Nurmamedov müsabiqənin Qran-pri mükafatına layiq görülüblər.

Akademiyanın müəllimləri R.İsgəndərova, Y.Çernausova və bədii rəhbəri, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadəyə müsabiqə təşkilatçılarının təşəkkür məktubu ünvanlanıb.

Müsabiqə Rusiya Mədəniyyət Nazirliyi, Qnesina adına Rusiya Musiqi Akademiyası və Rusiya Bəstəkarlar İttifaqının dəstəyi ilə keçirilib.

 

Mədəniyyət.- 2022.- 1 aprel.- S.5.