Masallıda yeni musiqi kollektivi

 

 

Masallıda yeni musiqi  kollektivi təşkil edilib. “Cənub incisiadlanan vokal-instrumental ansamblın tərkibi rayonda fəaliyyət göstərən istedadlı mədəniyyət işçilərindən ibarətdir.

Repertuarı xalq mahnıları, muğam, estrada, eləcə də digər musiqi janrlarını əhatə edən ansambl Masallı Regional Mədəniyyət İdarəsi və N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək bayram və əlamətdar günlərdə, digər mədəni-kütləvi tədbirlərdə  çıxış edəcək.

 

Zəfər Orucoğlu

 

Mədəniyyət.- 2022.- 1 aprel.- S.4.