Şamaxıda Nizami irsinə həsr edilmiş təqdimat

 

İsmayıllı RMİ Şamaxı rayon Mədəniyyət Mərkəzi və Şamaxıda fəaliyyət göstərən “Məhsəti Şairlər Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvinin ədəbi irsinin təbliği” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova,  Xalq artisti, professor İlham Namiq Kamal, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şamaxı filialının rektoru Tünzalə Yusifova, ictimai birliyin sədri Cavahir Qaraqızı dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilən parlaq və zəngin irsindən söz açıblar.

Sonra iştirakçılara Şamaxı Xalq teatrının, xanəndələrin və məktəblilərin ifasında Nizami əsərləri əsasında hazırlanmış musiqili kompozisiyalar təqdim olunub.

 

Mədəniyyət.- 2022.- 1 aprel.- S.4.