Yaradıcılıq evində “Şuşa İli” tədbiri

 

 

Bərdə RMİ Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbi tərəfindən Yevlax şəhər Yaradıcılıq evində “Şuşa İli” ilə bağlı tədbir keçirilib.

Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, Vətən həsrəti səhnəciklərlə, şeirlərlə xatırlanıb. Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqla qarşılanıb.

Tədbirdə “Arşın mal alan” operettasından “Qızların xoru” səhnəsi nümayiş etdirilib. Sonda məktəb kollektivinin ifasında “Əziz Şuşa” mahnısı səsləndirilib.

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.4.