Regional mədəniyyət idarəsində ziyalılarla görüş

 

Sumqayıt RMİ-də Qobu qəsəbəsinin ziyalı ağsaqqalları ilə görüş keçirilib.

İdarə rəisi Rəşad Əliyev, baş məsləhətçi – Abşeron rayonu üzrə nümayəndə İlham Manafovun iştirakı ilə gerçəkləşən görüşdə Şəkidə təşkil edilən “Böyük Qafqaz incəsənət və rəqs kuboku – 2022” müsabiqəsində Qobu qəsəbə Uşaq incəsənət məktəbi yetirmələrinin uğurlarından, məktəbin maddi-texniki bazasının təkmilləşdirilməsinin vacibliyindən bəhs olunub.

Görüşdə ziyalılar qəsəbənin mədəni həyatının daha da canlandırılması üçün fikir və təkliflərini bildirib, eyni zamanda Abşeron rayon MKS-nin Qobu qəsəbə filialının təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər.

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.4.