“Uşaqları kitabla böyüdək”

 

 

2 aprel tarixi dünyada Uşaq Kitabı Günü kimi qeyd olunur. Ölkəmizdə də bu əlamətdar gün münasibətilə müxtəlif tədbirlər keçirilib.

Şəki RMİ Zaqatala rayon Mərkəzi Kitabxanası tərəfindən uşaq kitablarından ibarət sərgi təşkil edilib. Zaqatala şəhər və Aşağı Tala kənd 1 saylı kitabxana filiallarının dəstəyi ilə şəhərin Dədə Qorqud meydanında təşkil olunan sərgidə uşaqların maraq dairəsinə uyğun kitablar nümayiş etdirilib.

İsmayıllı RMİ İsmayıllı rayon MKS-nin Uşaq kitabxanasında keçirilən tədbirdə fəal oxucularla yerli yazarların görüşü təşkil olunub.

Lənkəran RMİ Lənkəran şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirib.

Ağstafa RMİ Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Mədəniyyət Mərkəzinin qarşısında “Uşaqları kitabla böyüdək” başlıqda səyyar kitab sərgisi təşkil edib.

 

Gəncə RMİ Gəncə şəhər MKS-nin Uşaq şöbəsi “Kitablarla dünyaya səyahət edək”, “Kitab varsa, sən tək deyilsən”, “Sehrli nağıllar silsiləsindən” və s. başlıqlar altında kitab sərgisi təşkil edib. Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialı tərəfindən keçirilən “Kitabsız bir ömrün nə mənası var?!” adlı tədbirdə M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri kitaba həsr olunmuş şeirlər, aforizmlər söyləyiblər.

Sumqayıt RMİ Abşeron rayon MKS-nin təşkilatçılığı ilə rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunan tədbirdə əvvəlcə uşaq incəsənət məktəbləri şagirdlərinin əl işlərindən ibarət rəsm və uşaq kitablarından ibarət sərgilərə baxış olub. Kitabxananın nağıl otağında isə rayon ərazisində yerləşən uşaq bağçalarının balaca fidanlarının ifasında bir-birindən maraqlı nağıl və şeirlər səsləndirilib. Daha sonra Sumqayıt RMİ-nin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə İlham Manafovrayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimovanın çıxışları dinlənilib.

 

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.4.