Omanlı turistlər Hüseyn Cavidin Ev-Muzeyində

 

 

Oman Sultanlığının əş-Şərkiyyə vilayətinin Dammam şəhərindən gəlmiş turistlər AMEA Hüseyn Cavidin Ev-Muzeyinin qonağı olublar.

Muzeyin ekspozisiya zalları ilə tanış olan qonaqlara dahi Azərbaycan şairinin həyat yaradıcılığı haqqında ətraflı məlumat verilib, onun səhnə əsərlərində qaldırılan bəşəri problemlərin bu gün aktual olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Hüseyn Cavid irsi, dünyanın bir sıra ölkələrinin aparıcı elm tədris müəssisələrində olduğu kimi, Omanın Sultan Qabus Universitetində tədqiq olunub.

Omanlı rəssam Lena Salman ölkəmizin təsviri sənəti haqqında çox oxuduğunu qonağı olduğu muzeyin eksponatları arasında yer alan görkəmli Azərbaycan rəssamları heykəltəraşlarının əl işlərinin onda yüksək təəssürat oyatdığını bildirib. Onun həyat yoldaşı geoloq Mohammed əl-Nəmər muzeyə ekskursiyadan məmnun qaldığını söyləyib.

Qonaqlar muzeyin rəy kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər. Onlara muzeyin nəşr etdirdiyiCavid hikməti: seçmə aforizmlərkitabı hədiyyə olunub.

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.8.