Aprel döyüşləri – tariximizin şanlı səhifəsi

 

 

Azərbaycanın müasir  tarixinin şanlı səhifələrindən olan 2016-cı ilin Aprel döyüşlərindən 6 il ötür. Həmin döyüşlərdə Azərbaycan Ordusu hissələrinin işğalçı Ermənistan qüvvələrinin təmas xəttində törətdiyi təxribata cavab olaraq düşmənə vurduğu ağır zərbə qarşıdakı böyük Zəfərin – 2020-ci ilin Vətən müharibəsində tarixi qalibiyyətin müjdəçisi idi.

 

Aprel döyüşlərinin ildönümü münasibətilə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər təşkil edilib.

 

Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Aprel qəhrəmanları” adlı tədbir keçirilib. Tədbirdə Masallı şəhər 6 saylı tam orta məktəbin şagirdləri muzeyin ekspozisiya zalında şəhid övladlarına həsr edilən guşə ilə tanış olublar.

 

Cəlilabad rayon Günəşli və Gülməmmədli kənd mədəniyyət evlərində “Aprel döyüşləri – Qələbənin ilk cığırı” adlı tədbirdə altı il əvvəl əldə edilmiş qalibiyyətin 44 günlük Vətən müharibəsində qazanılmış şanlı tarixi Zəfər üçün böyük zəmin yaratdığı qeyd olunub.

 

Xaçmaz RMİ Quba rayon MKS-nin Alpan kənd kitabxana filialında da Aprel döyüşləri ilə əlaqədar tədbir təşkil edilib. Çıxışlarda “Dördgünlük müharibə”nin tarixinə nəzər salınıb.

 

Şəki RMİ Zaqatala rayon Heydər Əliyev Mərkəzinin kollektivi Aprel döyüşlərinin 6-cı ildönümü ilə əlaqədar şəhid Sərxan Bayramovun məzarını ziyarət edib, ailəsinə baş çəkib.

 

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin S.Vurğun adına Mərkəzi Kitabxanasının Uşaq şöbəsi və 42 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Torpağı müqəddəsləşdirənlər” adlı tədbir keçirilib. Məktəbin direktoru İlham Mirzəliyev, Uşaq şöbəsinin müdiri Yeganə Hüseynova və başqaları çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətini qeyd ediblər.

 

Regional idarənin Zəngilan rayon nümayəndəliyinin əməkdaşları tərəfindən Aprel şəhidləri Rəşid Baxşəliyev və Əbdülməcid Axundovun məzarları ziyarət olunub. Daha sonra əməkdaşlar şəhid R.Baxşəliyevin ailəsinə baş çəkiblər. Xızı rayon Heydər Əliyev Mərkəzində də əlamətdar ildönümü münasibətilə tədbir təşkil olunub.

 

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişafKaryera Mərkəzi (GİKM) Beyləqan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri dövlətimizin, xalqımızın, Ordumuzun gücünü göstərən qələbədir” adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova, GİKM Beyləqan nümayəndəliyinin direktoru Zaur Musazadə və başqaları çıxış ediblər.

 

Samux rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, GİKM Samux nümayəndəliyi və Samux rayon Sərkar kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Zəfərin ilk toxumuAprel savaşı” mövzusunda tədbir keçirilib.

 

Ağdaş RMİ Ağdaş Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə muzeyin direktoru Nişanə Yusibova çıxış edərək Aprel zəfərinin əhəmiyyətindən, Ordumuzun Qələbə əzmindən söz açıb.

 

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində GİKM Ağcabədi nümayəndəliyinin iştirakı ilə “Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” adlı film nümayiş olunub.

 

Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzi və GİKM Salyan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Şanlı Qələbəmizin başlanğıcı – Aprel döyüşləri” adlı tədbir keçirilib. “Aprel döyüşləri necə başladı və nəticəsi” adlı qısametrajlı film nümayiş etdirilib.

 

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi “Aprel şanlı tariximizdir” başlıqlı oxucu konfransı və kitab sərgisi təşkil edib. Tovuz rayon Mərkəzi Kitabxanasında isə “Böyük Qələbənin başlanğıcı” mövzusunda sərgi keçirilib.

 

Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşləri – böyük Qələbənin başlanğıcı” mövzusunda keçirilən tədbirdə çıxış edənlər Ordumuzun göstərdiyi igidlikdən, bu tarixi hadisənin əhəmiyyətindən söz açıblar. Mərkəzdə 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Murad Mirzəyevin doğum günü (31 mart 1976) ilə bağlı fotosərgi də açılıb.

 

Şirvan şəhər Mədəniyyət Mərkəzində də eyni mövzuda tədbir təşkil olunub, videoçarx nümayiş etdirilib.

 

Gəncə RMİ Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsində “Aprel döyüşləri böyük Zəfərin başlanğıcıdır” adlı şeir gecəsi keçirilib. Tədbirdə Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndiriblər.

 

Lənkəran RMİ Lənkəran şəhər Mədəniyyət Mərkəzinin M.Kələntərli adına şəhər Sənətkarlıq klubunda keçirilən tədbirdə klubun “Kürə” bədii qiraət dərnəyinin üzvləri, Ləj kənd Sənətkarlıq klubunun bədii qiraətrayonun incəsənət ustalarının ifasında şeirlər və musiqilər səsləndirilib.

 

İsmayıllı RMİ Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Aprel döyüşlərindən 6 il ötür” adlı tədbir təşkil olunub. Tədbirdə mərkəzin direktoru Fuad Qasımzadə çıxış edərək Aprel döyüşlərində digər bölgələr kimi, Qəbələdən olan gənclərin də öz igidlikləri ilə xalqımıza başucalığı gətirdiklərini bildirib.

 

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilib.

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.4.