Nazirin birinci müavini bəstəkar Oqtay Rəcəbovla görüşüb

 

 

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev tanınmış bəstəkar və pedaqoq, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim, Prezident təqaüdçüsü Oqtay Rəcəbovla görüşüb.

Oqtay Rəcəbovu doğum günü (5 aprel) münasibətilə təbrik edən Elnur Əliyev bəstəkarın Azərbaycanın musiqi mədəniyyətində xüsusi xidmətlərinin olduğunu vurğulayıb.

Oqtay Rəcəbovun Azərbaycan milli mədəniyyətinin inkişafında pedaqoq kimilayiqli payının olduğunu deyən Elnur Əliyev onun operalar, musiqili komediyalar, film musiqisi, elmi məqalələr, kitab və monoqrafiyaları ilə yanaşı, “Xocalı” simfoniyası, ümummilli liderin xatirəsinə həsr olunmuş “Heydər” oratoriyası, dillər əzbəri olan bir çox mahnıları əhatə edən zəngin yaradıcılığını xüsusi qeyd edib.

Nazirin birinci müavini sənətkara cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

 

Mədəniyyət.- 2022.- 6 aprel.- S.2.