Ədəbiyyat Muzeyinin Aran regional filialında Nazim Hikmətin 120 illik yubileyi

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı tərəfindən böyük türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmətin (1902-1963) 120 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu barədə Ədəbiyyat Muzeyindən məlumat verilib.

Muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı tədbiri açaraq türk inqilabi poeziyasının banisi Nazim Hikmətin ziddiyyətli məşəqqətli bioqrafiyasından, həbsxana qürbətdə keçən həyatından bəhs edib.

Nazim Hikmətin həyat yaradıcılığını əks etdirən videoçarx ədibin ssenarisi əsasında çəkilənBir məhəlləli iki nəfərbədii filmindən (“Azərbaycanfilm”) epizod nümayiş olunub.

 

Şair-publisist, ədəbiyyatşünas Ramil ƏhmədNazim Hikmətin həyatının Bakı dönəmi”, Azərbaycan Yazıçılar Birliyi Gənclər şurasının sədri, Ədəbiyyat Muzeyinin dissertantı Fərid HüseynNazim Hikmətin şəxsiyyətindən doğan poetik dünyagörüşü”, muzeyin dissertantı Ülviyyə YusifovaNazim Hikmətin ideoloji mübarizəsimövzusunda məruzələrini təqdim ediblər.

Filialın əməkdaşı Tofiq Abdullayev çıxışında Əməkdar mədəniyyət işçisi Aşıq Şakir Hacıyevlə Nazim Hikmətin Moskva şəhərində görüşündən bəhs edən bir xatirəni tədbir iştirakçıları ilə bölüşüb. Sahilə Müseyibova və qiraətçi Ərəstun Sadıqov şairin şeirlərindən nümunələr səsləndiriblər.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S7.