Bu dəfə səhnəyə “Psix” çıxır

  

 

Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli ispan yazıçısı Migel de ServantesinDon Kixot” romanının motivləri əsasında hazırlanan “Psix” tamaşasının premyerası olacaq. Tamaşada dahi bəstəkar, SSRİ Xalq artisti Qara QarayevinDon Kixotsimfonik qravürlərindən istifadə edilib.

Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Ər-Toğrul, musiqi rəhbəri Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri Kamil Həsənov, rejissor assistenti Zaur Əliyevdir.

Səhnə əsərində Don Kixot obrazını Xalq artisti Pərviz Məmmədrzayev ifa edəcək. Teatrın gənc və istedadlı aktyorları Nicat Əli Sanço Pansa, Gültac Əlili Dulsineya, Zaur Əliyev Xidmətçi obrazlarında teatrsevərlərin qarşısına çıxacaqlar.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.5.