Barokko günləri” – beynəlxalq musiqi festivalı

 

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-26 aprel tarixində BakıdaBarokko günləriBeynəlxalq Musiqi Festivalı keçiriləcək.

Festivalın proqramına M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı, Kamera orqan musiqisi zalı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertlər, tamaşa, ustad dərsləri daxildir. Sənətsevərlər barokko musiqisi nümunələrini azərbaycanlı ifaçılarla yanaşı, İtaliya, Türkiyə, Ukrayna Gürcüstan musiqiçilərinin təfsirində dinləyəcəklər.

Festivalın açılışında XVIII əsrin görkəmli alman bəstəkarı K.V.QlyukunOrfey Evridikaoperasının premyerası təqdim olunacaq.

Həmçinin solo klavesin konserti, Tbilisi Dövlət Kamera Orkestri Azərbaycanda fəaliyyət göstərən, repertuarı ancaq Barokko dövrü bəstəkarlarının əsərlərindən ibarət olanD’accordoansamblının çıxışı nəzərdə tutulub.

Festival çərçivəsində dünya şöhrətli musiqi xadimi, Roma, San Karlo digər opera teatrlarının bədii rəhbəri olmuş, D’arte Lirika Akademiyasının direktoru, professor Vinçenzo de Vivonun (İtaliya) ustad dərsi keçiriləcək.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.1.