BMA-da şəhid musiqiçi Tamerlan Mahmudovun xatirəsi yad edilib

 

Vətən müharibəsi şəhidi, istedadlı tuba ifaçısı Tamerlan Mahmudovun xatirəsi aprelin 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) keçirilən konsertlə yad edilib.

 

Xatirə konserti Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi Ü.Hacıbəyli adına BMA-nın birgə təşkilatçılığı ilə gerçəkləşib.

 

Tədbirdə BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri baş dirijoru, Əməkdar incəsənət xadimi Əlibala Rzayev çıxış ediblər.

 

Çıxışlarda şəhid T.Mahmudovun istedadlı musiqiçi olması, Vətən müharibəsinə könüllü getməsi, qəhrəmanlığı haqqında söz açılıb.

 

Şəhidin ailə üzvü Aygün Cabbarova Tamerlanın xatirəsinin əziz tutulduğu, ruhunun yad edildiyi üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Sonra T.Mahmudova həsr olunmuş videoçarx təqdim edilib.

 

Xatirə konsertində Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğuDetaşe”, skripkaçılar ansamblı Əməkdar incəsənət xadimi Əlibala Rzayevin dirijorluğu ilə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri çıxış edib.

 

Proqramda F.Şubertin “Ave Mariya”, Səid Rüstəmovunİntizar”, F.BədəlbəylininZəfərmarşı, Q.QarayevinAzərbaycan marşı”, Y.ŞtrausunRadetskimarşı, Ü.HacıbəylininArazbarıritmik muğamı, T.QuliyevinGörüşfilminə yazdığıVals”, J.Hornerin “Zorro maskası”, A.SilvestrininKapitan Amerikamarşı, Azərbaycan bəstəkarlarının nümunələrindən ibarətFantaziya Ə.RzayevinZəfər sevinciəsərləri səsləndirilib.

 

Tamerlan Fuad oğlu Mahmudov 1995-ci ildə anadan olub. Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 2 saylı internat məktəbində təhsil alıb. Burada müəllimi Rafael Əzimovdan tuba ifaçılığının sirlərini öyrənib. 2011-ci ildə Dövlət Sərhəd Xidmətinin Nümunəvi hərbi orkestrinə musiqiçi kimi qəbul olunub. Sonra həqiqi hərbi xidmətdə olub. Qayıtdıqdan sonra da müxtəlif hərbi orkestrlərdə fəaliyyət göstərib. Musiqi Kollecində təhsilini davam etdirib.

 

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü gedən Tamerlan Mahmudov 18 oktyabrda şəhidlik zirvəsinə yüksəlib.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.3.