Regional mədəniyyət idarəsiİstedadbaxış-müsabiqəsi elan edib

 

 

Kürdəmir RMİ tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədarİstedadbaxış-müsabiqəsi elan edilib.

 

Baxış-müsabiqə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin gənclər siyasətinin, gənc nəslə qayğının bu gün davam etdiyini nümayiş etdirmək, gənclərin istedad bacarıqlarının üzə çıxarılması, mədəniyyət müəssisələrində bu işin daha da canlandırılması məqsədi daşıyır.

 

Müsabiqədə RMİ-nin əhatə etdiyi Kürdəmir, İmişli, Beyləqan, Füzuli Xocavənd rayonlarından bədii qiraət, musiqi rəsm nominasiyaları üzrə 8-30 arası uşaq gənclər, mədəniyyət müəssisələrində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivlərinin üzvləri fərdi şəkildə iştirak etmək istəyənlər müraciət edə bilərlər.

 

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dən 20-dək regional idarənin əhatə etdiyi rayonlardakı nümayəndəliklərə elektron poçt ya həmin müəssisələrinFacebooksəhifələrinə, eləcə birbaşa RMİ- müraciət edərək qeydiyyatdan keçməlidirlər.

 

Müsabiqənin I (seçim) turu 25-30 aprel tarixində rayon nümayəndəlikləri tərəfindən keçiriləcək. II tur (yekun) mayın 4-də İmişli rayon Heydər Əliyev Mərkəzində təşkil olunacaq qaliblər həmin gün elan ediləcək. Qaliblər mayın 10-da Kürdəmir rayonunda keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2022.- 8 aprel.- S.4.