Bizə Zəfər yaşadanlar unudulmur

 

Sumqayıt RMİ Sumqayıt Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzi “Dostluq” mədəniyyət evinin kollektivi Vətən müharibəsi şəhidi Nurlan Nuruzadənin ailəsi ilə görüşüblər. Görüş zamanı şəhidin keçdiyi döyüş yolundan söhbət açılıb, ailəyə maddi və mənəvi dəstək göstərilib.

 

Lənkəran RMİ Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində 2016-cı ilin Aprel döyüşlərinin şəhidləri Rusif Ağayev və Əlizaman İslamovun xatirəsinə həsr olunmuş sərgi təşkil edilib.

 

Xaçmaz RMİ Qusar rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Ümüd Xəncəlovun xatirəsinə həsr olunmuş “Zəfər tarixini yazanlar” adlı tədbir keçirilib.

 

Biləsuvar RMİ Salyan rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Vətən müharibəsinin şəhid kapitanı Kamil Şirinovun doğum günü münasibətilə “Tarix yazan qəhrəman” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

 

Sabirabad RMİ Saatlı Dövlət Rəsm Qalereyasında “Aprel döyüşləri böyük Zəfərin başlanğıcıdır” adlı rəsm sərgisi təşkil edilib. Sərgidə rəssamlıq dərnəyi üzvlərinin əl işləri nümayiş olunub.

 

İsmayıllı RMİ Qəbələ rayon Mədəniyyət Mərkəzində Ağdaban faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Erməni vəhşiliyinin şahidiAğdaban” adlı tədbir keçirilib. Tədbirdə faciə haqqında videoçarx nümayiş etdirilib.

 

Gəncə RMİ Gəncə şəhər MKS-nin 20 nömrəli kitabxana filialında II Qarabağ müharibəsi qazisi Ruslan İsmayılov və şəhid Natiq Əliyevin qardaşı Samir Əliyevlə görüş keçirilib.

 

Qubadlı rayon Mərkəzi Kitabxanası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları tərəfindən Milli Qəhrəman, Vətən müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun ailəsi ziyarət olunub.

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.4.