Gəncədə VIII Muğam Televiziya Müsabiqəsinin seçim turu

 

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyinin dəstəyi, Heydər Əliyev Fondu Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin seçim turu gerçəkləşib.

Seçim turunda iştirak edən 13 nəfər iştirakçını Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artist Fərqanə Qasımova Yazıçılar Birliyinin katibi İlqar Fəhmidən ibarət münsiflər heyəti qiymətləndirib.

İştirakçıları Gəncə filarmoniyası Göygöl Dövlət Mahnı Rəqs Ansamblı müşayiət edib.

Sonda münsiflər heyətinin qərarına əsasən, iştirakçılardan Tunar Salahov, Abbas Mənsumov, Səlim Əliyev, Nuranə Tanrıverdiyeva, Səxavət Nəriman Məmmədov qardaşları seçilərək növbəti mərhələdə yarışmaq hüququ qazanıblar.

 

Mədəniyyət.- 2022.- 13 aprel.- S.4.