Vətənin qəhrəman övladları

 

 

Sumqayıt RMİ Sumqayıt şəhər MKS-nin Mərkəzi uşaq kitabxanasında 1 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri və müəllim kollektivinin iştirakı ilə 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı və Vətən müharibəsi şəhidi Ramil Quliyevə həsr olunanBir ömür yaşandı nağıllar kimi” adlı tədbir keçirilib. Tədbirdə şagirdlərin ifasında mahnı və şeirlər səsləndirilib.

RMİ-nin tabeliyində fəaliyyət göstərən Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbinin direktoru və müəllimləri Vətən müharibəsinin şəhid baş leytenantı Mixail Həmidovun ailəsini ziyarət ediblər. Şuşa Dövlət Rəsm Qalereyasının kollektivi Aprel döyüşlərində fərqlənərək medal qazanan, Vətən müharibəsində şəhid olan mayor Elçin Alıyevin ailəsinə baş çəkiblər.

Kürdəmir RMİ İmişli rayon Mədəniyyət Mərkəzinin bir qrup əməkdaşı Aprel döyüşlərinin şəhid baş leytenantı Cavid Dədəkişiyevin anım günü ilə bağlı ailəsini və məzarını ziyarət ediblər.

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Elnur Bağırovun əziz xatirəsinə həsr olunmuş “Zəngin mənəviyyata sahib olan qəhrəmanımız” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə şəhidin şəxsi əşyalarından və fotolarından ibarət sərgi nümayiş etdirilib.

Bərdə RMİ Tərtər rayon MKS-nin Hüsənli kənd kitabxana filialında Vətən müharibəsi şəhidlərinin anım günü ilə əlaqədar “Vətən qəhrəman övladlarını unutmur” adlı tədbir keçirilib.

 

Mədəniyyət.- 2022.- 15 aprel.- S.4.