Bəşəriyyəti incəsənətsiz təsəvvür etmək çətindir

 

 

Bölgələrdə 15 aprelDünya İncəsənət Günü ilə əlaqədar bir sıra tədbirlər təşkil olunub.

Bərdə RMİ Yevlax şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Aran - 2 qəsəbə Mədəniyyət evində keçirilən tədbirdə dərnək üzvlərinin ifasında şeir nümunələri səsləndirilib, Aran qəsəbə Uşaq musiqi məktəbi şagirdlərinin və müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.

Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə keçirilən tədbirdə isə məktəbin “Kürestrada qrupu (bədii rəhbər –  Əməkdar mədəniyyət işçisi İlqar Əhmədov) rəngarəng konsert proqramı ilə çıxış edib.

 

***

 

Ağcabədi RMİ Ağcabədi rayon MKS-nin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə mədəniyyət və incəsənətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs olunub.

 

***

 

Masallı RMİ N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Dünya İncəsənət Günü münasibətilə konsert keçirilib. RMİ-nin rəisi Bəxtiyar Qılıncovun təbrik nitqindən sonra Mədəniyyət Mərkəzinin solistləri maraqlı musiqi proqramı təqdim ediblər.

 

***

 

Sabirabad RMİ Saatlı rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə idarənin rəisi Fərid Qurbanzadə çıxış edərək Dünya İncəsənət Gününün tarixi və əhəmiyyəti barədə söz açıb. Tədbirdə təqdim olunan konsert proqramı, folklor kollektivlərinin rəqs nömrələri tamaşaçıların marağına səbəb olub.

 

***

 

Şəki RMİ-nin təşkilatçılığı ilə “Şəki incəsənətin beşiyidir” adlı tədbir keçirilib. RMİ-nin rəisi səlahiyyətlərini icra edən Tərlan Nəsibov çıxışında Şəkinin tarixinin bütün dövrlərində elm, maarif, mədəniyyət, sənət məbədgahı olduğunu qeyd edib.

 

Balakən rayon Mədəniyyət Mərkəzində “Hər bir xalq öz mədəniyyəti ilə tanınır” başlığı altında tədbir keçirilib.

 

***

 

İsmayıllı RMİ-nin təşkilatçılığı ilə şəhərin mərkəzi meydanında, açıq havada təşkil olunan tədbirdə əl işlərindən ibarət sərgiyə baxış olub. Sonra konsert proqramı təqdim edilib. “Niyalinstrumental ansamblının solistləri, İsmayıllı rayon F.Əzimov adına Uşaq incəsənət məktəbinin “Çingizritmxoreoqrafiya qrupu, kənd filiallarının uşaq kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.

 

***

 

Ağstafa RMİ-nin təşəbbüsü və təşkilatçılığı ilə idarənin əhatə etdiyi Ağstafa, QazaxTovuz rayonlarında Dünya İncəsənət Günü geniş şəkildə qeyd olunub. MKS, qalereya və muzeylərdə sərgilər təşkil edilib, mədəniyyət mərkəzi və uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramı ilə sakinlərə xoş anlar yaşadıblar.

 

N.Məmmədli

 

Mədəniyyət.- 2022.- 20 aprel.- S.4.