Gəncliyə örnək qəhrəmanlar

 

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Məhəmməd Abdullayevin xatirəsinə həsr olunmuş “Gənclərimizin qəhrəmanlıq salnaməsi” adlı anım tədbiri keçirilib.

Masallı RMİ Masallı Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə N.Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində “Qəhrəmanları tanıyaq” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, Vətən müharibəsi qaziləri, müəllim və şagirdlər iştirak ediblər.

Ramazan ayı münasibətilə Cəlilabad rayon Mədəniyyət Mərkəzi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon komitəsinin birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidi Fazil Əliyevin ailəsi və Vətən müharibəsi qazisi İsmayıl Hüseynov ziyarət olunub.

 

Bərdə RMİ Yevlax Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən müharibəsi şəhidi Faiq Adıgözəlovun ailəsini ziyarət ediblər.

 

Mədəniyyət.- 2022.- 27 aprel.- S.4.