Kitab qiymətli xəzinədir

 

 

Sumqayıt RMİ Sumqayıt Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları 23 aprelDünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar N.Tusi adına 12 nömrəli tam orta məktəbdə “Qeyri-adi kitablar haqqında maraqlı faktlar” adlı tədbir təşkil edib. Tədbirdə uşaqlar kitabxana əməkdaşlarının hazırladığı “Ginnesin rekordlar kitabı”ndan bəhs edən videoçarxı izləyiblər.

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları və oxucuları “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin Quba filialında tanınmış yazarlar Elxan Elatlı, Varis Yolçuyev, Əlibala Məhərrəmzadə və Ramiz Qusarçaylı ilə görüş keçiriblər. Müəlliflər yaradıcılıq prosesi, əsərlərindəki obrazlar və Azərbaycan poeziyası haqqında ətraflı məlumat veriblər.

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbində Dünya Kitab və Müəllif Hüquqları Günü ilə əlaqədar tədbir keçirilib.

İsmayıllı RMİ İsmayıllı rayon MKS tərəfindən əlamətdar gün münasibətilə açıq havada kitab sərgisi təşkil edilib.

Ağstafa RMİ Ağstafa rayon Mərkəzi Kitabxanasının Xidmət və uşaq şöbəsi “Kitab ən qiymətli xəzinədir” başlığında tədbir və sərgi təşkil edib.

Tovuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə E.Məmmədov adına şəhər tam orta məktəbində “Kitab olsun amalın” başlığında tədbir keçirilib.

Gəncə RMİ Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Yaxşı kitab çox qiymətli xəzinədir” adlı kitab sərgisi keçirib.

 

 

Mədəniyyət.- 2022.- 27 aprel.- S.4.