“Təsviri sənətə səyahət”

 

 

Mədəniyyət Nazirliyi və “Four Seasons Hotel Bakunun birgə təşkilatçılığı ilə 29-30 aprel tarixlərində “Təsviri sənətə səyahət” adlı satış-sərgi keçiriləcək.

Tədbirin təşkilində başlıca məqsəd gənc istedadlara maddi və mənəvi dəstəyin göstərilməsi, onların yaradıcılığının geniş ictimaiyyətə təqdim edilməsidir. Sərgidə rəngkarlıq, heykəltəraşlıq, keramika, qobelen və digər nümunələrin satışı keçiriləcək.

“Təsviri sənətə səyahət” satış-sərgisi istedadlı şəxslərin geniş kütlələrə tanıdılmasını və xüsusilə COVİD-19 pandemiyası səbəbindən müəyyən çətinliklərlə üzləşən yaradıcı sənayelərin dəstəklənməsi baxımından xüsusilə əhəmiyyət kəsb edir.

Tədbirdə dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri də müzakirə olunacaq.

 

Mədəniyyət.- 2022.- 27 aprel.- S.1.