Dövlətə və xalqa xidmət örnəyi

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə müxtəlif tədbirlər təşkil olunur, dahi siyasi xadimin ölkəmizin inkişafında misilsiz xidmətləri minnətdarlıqla xatırlanır.

 

Masallı Regional Mədəniyyət İdarəsi (RMİ) N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev və mədəniyyət” mövzusunda tədbir keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı və RMİ-nin birgə təşkil etdiyi tədbirdə çıxış edənlər ulu öndərin hakimiyyət illərində mədəniyyət sahəsində dövlət siyasətinin əsas cəhətləri, bu illər ərzində mədəniyyətimizin mühüm yenilikləri və digər məsələlərdən danışıblar.

 

Ağstafa RMİ Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar lider” adlı şeir müsabiqəsinin seçim turu keçirilib. Rayon orta ümumtəhsil məktəblərindən 38 şagirdin iştirak etdiyi müsabiqədə fərqlənən 16 nəfər final mərhələsinə vəsiqə qazanıb.

 

Ağstafa Dövlət Rəsm Qalereyasında ümummilli liderin dünyaya gəlişinin 99-cu ildönümünə həsr edilmiş rəsm müsabiqəsi elan edilib. Tədbirin açılışında qalereyanın direktoru Gülgün Kərimov çıxış edərək müsabiqənin qaydaları haqqında iştirakçılara məlumat verib.

 

Bərdə RMİ Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinə şəhər 19 saylı tam orta məktəbin 8-ci sinif şagirdlərinin ekskursiyası təşkil edilib.

 

Gəncə RMİ Gəncə şəhər Heydər Əliyev Mərkəzinin təşəbbüsü və 3 saylı uşaq bağçasının təşkilatçılığı ilə “Heydər babamızın nəvələriyik” mövzusunda tədbir keçirilib. Bağçanın fidanları ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Ağdaş RMİ Ucar rayon Heydər Əliyev Mərkəzinə ümummilli liderin anadan olmasının 99-cu ildönümü münasibətilə Ucar şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri üçün ekskursiya təşkil edilib. Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ulu öndərin həyat və fəaliyyətini əks etdirilən sənədli film nümayiş olunub.

 

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.4.