Musiqikino

 

Sənətşünasın yeni kitabları işıq üzü görüb

 

 

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun iki yeni kitabı işıq üzü görüb.

“5 zirvə” kitabında müəllif Azərbaycan musiqisinin korifeyləri – Ü.Hacıbəyli, Niyazi, Q.Qarayev, F.Əmirov və A.Məlikov haqqında oçerk, məqalə, sənədli hekayə və esselərində onların yaradıcılığına çağdaş estetik meyarlar prizmasından nəzər salır. Bu kino ki var…” kitabında bizə tanış filmləri bir qədər fərqli baxış bucağından təhlil edən müəllif həmin filmlərdə şifrlənmiş bədii informasiyanı diqqətə çatdırır, kinonun fəlsəfəsi, estetikası ilə bağlı fikirlərini bölüşür.

Hər iki kitab müvafiq sahələrdə çalışan mütəxəssislər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.5.