Vətən sevgisi – şəhidlik zirvəsi

 

Sumqayıt RMİ Nizami Gəncəvi adına şəhər kitabxana-klubunun əməkdaşları və kitabxananın nəzdində fəaliyyət göstərən rəsm dərnəyinin şagirdləri Milli Qəhrəman, general-mayor Polad Həşimovun ailəsini ziyarət ediblər. Görüş zamanı dərnəyin rəhbəri Günel Aslanova öz əl işi olanPolad Həşimovun portretini generalın anası Səmayə Həşimovaya hədiyyə edib.

 

Xaçmaz RMİ Qusar rayon Mədəniyyət Mərkəzi və Zindan Muruq kənd klubunun əməkdaşları Vətən müharibəsi şəhidi Ruslan Cəfərovun ailəsini və məzarını ziyarət ediblər.

 

Ağcabədi RMİ Ağdam rayon Güllücə kənd Uşaq musiqi məktəbinin bir qrup müəllimi  Vətən müharibəsi şəhidi Sərvan Göyüşovun ailəsinə baş çəkiblər.

 

Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və idarənin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidləri Nahid Nəsirov, Asim Əliyev və Zamin Balakişiyevin ailələri ziyarət edilib. İdarə rəisi həmçinin uzun müddət Saatlı rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsində baş kitabxanaçı işləmiş Sənubər ZeynalovaSabirabad rayonunda mədəniyyət mərkəzinin direktoru işləmiş Əliheydər Əliyevin ailələrində olaraq onlara ərzaq sovqatı təqdim edib.

 

Şəmkir RMİ Daşkəsən rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən I Qarabağ müharibəsi şəhidi Anar Mürsəlovun anım günü ilə əlaqədar adını daşıdığı 2 saylı orta məktəbdə “Vətən sevgisi-şəhidlik zirvəsi” adlı tədbir keçirilib. Məktəbin direktoru Aybəniz Vəliyeva və Uşaq şöbəsinin müdiri Pərvanə Məmiyeva şəhidin həyatı və döyüş yolu haqqında danışıblar. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.4.