Xalq rəssamının “Şuşanın görkəmli musiqi xadimləri” sərgisi

 

 

Aprelin 28-də Azərbaycan Rəssamlar İttifaqı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Xalq rəssamı Arif Hüseynovun əsərlərindən ibarət “Şuşanın görkəmli musiqi xadimləri” adlı sərgi açılıb.

Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər çıxış edənlər sərgi ilə bağlı fikirlərini bölüşüb, uğurlu layihə münasibətilə rəssamı təbrik ediblər.

Bildirilib ki, belə bir rəsm sərgisi ali məktəbdə ilk dəfə açılır. Sərgidə nümayiş olunan əsərlərdə Şuşanın musiqi mədəniyyəti korifeylərinin portretləri əks edilib. Tarixi mötəbərlik Arif Hüseynovun yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir.

 

Mədəniyyət.- 2022.- 29 aprel.- S.1.