Ana dili
xalqın milli kimliyidir
1 avqust – Azərbaycan
Əlifbası və Azərbaycan Dili Günü münasibətilə
bölgələrdəki mədəniyyət
müəssisələrində bir sıra tədbirlər
təşkil edilib.
Masallı RMİ Masallı rayon Heydər Əliyev Mərkəzində
“Azərbaycan dili və əlifbası milli-mənəvi dəyərlərimizin
ən qiymətli xəzinəsidir” adlı tədbir keçirilib. Çıxış
edənlər ulu öndərin verdiyi fərman əsasında ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına
keçidin müstəqil
Azərbaycanın ictimai-siyasi
həyatında, yazı
mədəniyyətimizin tarixində
mühüm hadisə
olduğunu dilə gətiriblər.
Cəlilabad rayon Şabanlı kənd Mədəniyyət evində
keçirilən tədbirdə
də dilimizin zənginliklərindən bəhs
olunub.
***
Bərdə RMİ Tərtər rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf
və Karyera Mərkəzi (GİKM) Tərtər
nümayəndəliyinin birgə
əməkdaşlığı ilə “Doğma dilim” adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər ana dilimizin tarixi keçmişindən, Azərbaycan
dilinin kənar təsirlərdən qorunması
və inkişaf etdirilməsi istiqamətində
ulu öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən
danışıblar.
***
Kürdəmir RMİ Füzuli rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
“Ana dilimiz milli sərvətimizdir” adlı
tədbir keçirilib. Tədbirdə “Ana dilimizi qoruyaq!” adlı videoçarx nümayiş olunub.
***
Gəncə RMİ Gəncə şəhər
MKS-nin 4 saylı kitabxana filialı “Ana dilimiz qürur mənbəyimizdir” başlıqlı
sərgi təşkil
edib.
Samux rayon Heydər
Əliyev Mərkəzində
GİKM rayon nümayəndəliyi ilə birlikdə “Heydər Əliyev ana dilimizin keşiyində”
mövzusunda gənclərin
iştirakı ilə
seminar keçirilib.
Goranboy
rayon Uşaq Kitabxanası
Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında “Ana dilimiz milli varlığımızdır”
adlı kitab sərgisi təşkil edib.
***
Ağstafa RMİ Ağstafa rayon MKS-nin Mərkəzi Kitabxanası,
Uşaq şöbəsi
və şəhər
1 saylı kitabxana filialının birgə təşkilatçılığı ilə “Ana dilimiz zəngin milli sərvətimizdir” adlı
tədbir təşkil
olunub. Tədbirdə kitabxananın əməkdaşları
və oxucuları iştirak ediblər.
Tovuz rayon Mərkəzi
Kitabxanası və
rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən
“Ana dilimiz milli sərvətimizdir” mövzusunda
tədbirdə çıxış
edənlər əsrlərdən,
nəsillərdən bizə
yadigar qalan ana dilimizin inkişaf
mərhələlərindən danışıblar.
Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında “Dilimiz milli varlığımızın əsas atributu, milli sərvətimizdir” adlı məruzə keçirib. Tədbirdə tələbələr, şagirdlər, fəal oxucular, kitabxananın əməkdaşları iştirak ediblər.
***
Biləsuvar RMİ Salyan rayon Heydər Əliyev Mərkəzi, GİKM Salyan nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ana dili hər bir xalqın milli kimliyidir” adlı tədbir keçirilib. Tədbirdə gənclər Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesindən bir hissəni səhnələşdirib, “Dədə Qorqud” filmindən “İncəbellim”, eləcə də “Can Azərbaycan” mahnılarını, “Yallı” rəqsini ifa ediblər. Sonda Azərbaycan Dili və Əlifbası Günü münasibətilə hazırlanan videoçarx və sərgi nümayiş olunub.
***
Sabirabad RMİ Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dili və Azərbaycan əlifbası” adlı tədbir təşkil edilib. Tədbirdə GİKM rayon ümayəndəliyinin əməkdaşları və könüllüləri iştirak ediblər.
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Ana dilimizə Heydər Əliyev qayğısı” adlı tədbir keçirilib. Tədbirdə ulu öndər tərəfindən ana dilimizə göstərilən diqqət və qayğıdan söz açılıb, verdiyi müvafiq fərman və sərəncamların əhəmiyyəti vurğulanıb.
***
Şəki RMİ Şəki Şəhər Heydər Əliyev Mərkəzi və Şəki şəhər MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “Ana dilim şirindir” adlı tədbir keçirilib. Bildirilib ki, Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti olmaqla bərabər, eyni zamanda dövlət müstəqilliyimizin bir rəmzidir. Zəngin söz ehtiyatına, gözəl ahəngə malik ana dilimizə qayğı göstərmək hər birimizin borcudur.
N.Məmmədli
Mədəniyyət.- 2022.- 3
avqust.- S.4.